Blogs


JuJu
25, Sumgayit, Azerbaidzhan

Ömür keçdi vərəq-vərəq
Xatirələr pərən-pərən
Mən səni çox gözlədim…
Mən səni çox gözlədim…

Xəyal məni sürüklədi,
Ötən günün həsrətinə,
Mən səni çox gözlədim…
Mən səni çox gözlədim…

İllər keçdi həsrət ilə…
İllər keçdi məlal ilə…
Xatirələr yığnağında
Xatirələr atəş oldu ürəyimdə
Mən səni çox gözlədim…


JuJu
25, Sumgayit, Azerbaidzhan

..bir gün bütün elədiklərinizə qarşılığını verəcəm..

vecsizliyinizin,sözünüzün üstündə durmamağınızın..insanları saymamağınızın,özünüzdən aşağı görməyinizin..

hər şeyin..

mən səbirli insanam,yeri gələndə sizi əsəbləşdirəcək qədər səbirli olub,sinirlərinizə toxunacaq qədər səssizləşə bilərəm..

bəzən sizə “getmə,belə etmə” deyə bilərəm.bu sizin vazkeçilməz olduğunuzdan deyil,sadəcə sizi daha yaxşı tanımaq istədiyimdəndi.

həyatınızda heç vaxt görmədiyiniz qədər çox sevə bilərəm,dəyər verə bilərəm,hörmət edə bilərəm..və hərdən bu sizə çox gələ bilər.dərmanların üstündə də hərdən “əks təsirlər”yazılır..deyirlər,kimə özündən çox dəyər versən get gedə onun köləsi olursan.balansı qorumaq lazımdı və mən bunu bacarıram..tam özünüzü dünyanın kralı hesab edəndə bircə “sağol”kəliməsi taxtınızdan düşürməyə bəs edər..bir iki gün heç nəyin vecinizə olmadığını hiss edə bilərsiz.amma vaxt keçdikcə egonuz qidasız qalar…


02.11.2014
JuJu
25, Sumgayit, Azerbaidzhan

Hər gün bir az ağlayır
Hər gün bir az gülürsən.
Hər gün bir az yaşayır
Hər gün bir az ölürsən.
 
Анимашки Линии


19.08.2015
JuJu
25, Sumgayit, Azerbaidzhan

-ümidlərƏn böyük əzab tərk edilmək deyil, aldadılmaq deyil, darıxmaq heç deyil; ən böyük əzab, gedərək böyüyən boşluqmuş. Ən böyük itki sevib, sonda kimi sevdiyini anlaya bilməməkmiş. Dəyər verib layiq olmadığını qavramaqmış. Könlümdəki uşaq susdu və mən kənara qısıldım, çarəsizəm. Sürətli dağ çayı ikən dayandım. Uşaq ürəyimlə böyük sevgilər yaşayarkən adam oldum, amma uşaq tərəfindən sevgilər qazana bilməyən oldum. Hər vuruşundan sonra yaşadığım müvəffəqiyyətləri unutdum, daha da batmaqdayam. Qan qusuram, lazım olan heç bir yerdə deyiləm daha. Bir itkin zaman yaşayıram.Yadlaşıram bu şəhərdə, bir yanıq baramayam, dirilib ölürəm, öz dünyamda səninlə yaşayıram. Günün ilk işıqları, sənin bədənin kimi yatağıma düşür, mən…


JuJu
25, Sumgayit, Azerbaidzhan

Nə tez unutdun
Ay sevən, məni?
Yeni yar umdun
Sevgin böyləmi?

Demək bilmirsən
Nədir məhəbbət,
Yə'qin sevmirsən
Bilərdin əlbət.

Pərvanə üçün
Şam da əriyər,
Yandırar özün
Başından keçər.

Demək bu, eşq yox
Ötən hiss imiş,
Məcnun deyən çox
Məcnun deyilmiş.

Bir Leyli üçün,
Yandı mum oldu.
Öldürdü özün
O, Məcnun oldu.


JuJu
25, Sumgayit, Azerbaidzhan

Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram axan iliq göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

Анимашки Бабочки


JuJu
25, Sumgayit, Azerbaidzhan

Hələ də qəlbin varkən, sevsən bir az?

Bu şəhərdə sənə sarılmaq istəyən biri var.. Bil istədim..

Həmişə o küçə başında gözləyərdik bir-birimizi...
Nə vaxt o küçə yaxınlığından keçsəm, seyr edirəm ikimizi...

Ruhuma özümü anladıram bəzən.. Çıxıb getmək istəyir bədənimdən..

Bir kağıza "sənsizlik" yazdım, çox xoşuma gəlir, çünki sənsizlik belə "sən"lə başlayır..

Susmağa gedirəm, birazdan qayıdaram..

Ardından "kaş ki" demədim deyə "yaxşı ki" dediyimi də düşünmə..
Varla yox arasında olan birinə nə deyilə bilər ki?..

Dilədiyin qədər uzağa get, həmişə eyni göy üzünü paylaşacağıq..

Gerçəyi üzümə söyləyərək məni incit,
amma əsla bir yalanla yaxşı hiss etməyimə çalışma..

"Amma" qədər qatil bir kəlmə yoxdur.. Özündən əvvəl gələn hər cümləni öldürür..
"Səni…


JuJu
25, Sumgayit, Azerbaidzhan

Səni sevdim çox sadəcə

Səni sevdim gündən-günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.


Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,

Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni, səni sevdim çox sadəcə!
Mən sadəcə seni sevmək istədim...
Uçurumlardan düşərkən, problemlərdən qaçarkən, çətinliklərdə büdrəyərkən sənin sevginə sığındım... Buna görə də...


08.11.2014
JuJu
25, Sumgayit, Azerbaidzhan

Nə olar kədərlə baxma üzümə
Gözlərim qan ağlar sən üzüləndə
Dünyanı versələr sərsəm önünə
Anam gülərsənmi ürəkdən yenə


JuJu
25, Sumgayit, Azerbaidzhan

Dünya,sənə bica
düşdüm,bilmirəm ,
Hansı tənə necə düşdüm,bilmirəmGündüz düşdüm,gecə
düşdüm,bilmirəm ,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.

*

Dörd ay keçdi,can
verildi,duruxdu m,
Altı ayda acı çəkdim,karıxdım ,
Doqquz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətim dən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.

*

Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal töküldü dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.

*

Yeddi yaşda qandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı
tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray qurdum
ağlıma.

*

On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Xəyalımda qurub şahlıq taxtımı,
Ha gözlədim açan aça baxtımı.

*

İyirmidə sevda mənə…


Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes