Və Bakı bir daha mənə salam vermədi...
27, Baku, Azerbaidzhan

 Ağladığım və isyan etdiyim günlər var idi.Bəzi səbəblərdən ötrü hər gün pəncərədən baxanda ah çəkdiyim zamanlarım da oldu.İtirilmiş bir qızcığaz kimi idim.Yolu tapa bilmirdim.Ağlayırdım və ağladıqca gözlərim yaşla dolurdu.Heç yeri aydın görə bilmirdim.Yazılan yazılar belə torlu görünürdü.Məni anlamayan bir çox insan,göz yaşlarımı görməyən ən yaxınlarım,dərdimi bilməyən içimdəki mən vardı həyatımda.Həmin o içimdəki uşaq idi məni hər səhər yerimdən oyadaraq Xəzərə aparan.Həmin o içimdəki düşmən idi məni göz yaşlarına boğan.Qalib gələ bilməmək o qədər incidirdiki məni.Susurdum və susduqca batırdım.Gözyaşlarımda özüm boğulurdum.Qəribə hiss idi içimdəki mənə qalib gələ bilməmək.Bəzən Xəzərlə dərdləşirdim.Bəzən pəncərəmizdən uzanan uzun yollarla.Heç biri məni sakitləşdirəcək söz demirdi.Amma mən yenə də dərdimi paylaşmaqdan utanmırdım.Çünki ətrafındakı canlılar səni anlamayanda ətrafından olmayan cansızlara müraciət etmək məcburiyyətində qalırsan... Düşüncələrim bəzən məni getmiş qatarın dalınca baxmağa məcbur qoydu.Arzularım bəzən məni üzdü,qırdı...Mən çox yolladan keçdim. Mən çox qatarlar yola saldım...Amma düzəlmədim.Bəlkə də sırf tərkedilmiş olmağımı qəbul etmədiyim üçün çəkdim bu qədər acını. Bilirsiniz?Mən çox eqoistəm.Mən hətta çəkdiyim dərdləri belə sevirəm.Mən ağlamağımın səbəbini belə sevirəm... Və Bakı bir daha mənə salam vermədi.Səbəbsizcəsinə günəşini məndən uzaq elədi.Yağışlı küçələrini,qarlı havasını bəxş etdi mənə. Bakı mənə nifrət etdi.Səbəbsizcəsinə küləyi ilə saçlarımı dağıtdı,Xəzərinin sularını daşdırdı.Və Bakı bir daha mənə baxmadı...Uzaqlaşdıqca uzaqlaşdı.Mənim ən sevdiyim şəhər bir daha məni sevmədi.Anlayırsız?Sevmədi.Sevməyəcək də.... Ləpəsi ilə dərdləşdiyim Xəzər var idi.Sahilinə vurduğu hər ləpəsi ilə dost oldum.Onları əllərimə alıb bir-bir əllərimdən yerə necə töküldüyünü seyr etdim.Ovuclarımdan necə getdiyinə baxdım.Mən hər zaman məndən gedənlərə belə həsrətlə baxdım.Ləpə nə idiki?Sadəcə H2O.Mən çox bədənlərin arxasınca gözüyaşlı baxdım.Baxdım...Baxdım...Və onlar getdilər... Və Bakı bir daha mənə salam vermədi.Əbədiyən yanan işıqlarını mənimçün söndürdü....

179 skatījumu
 
komentāri
ELA 22.08.2018

*THUMBS UP*

rahimrahim 22.08.2018

Lady 15.04.2015

HXY (16) hamisini oxumadim ama maraglidi
#1, 13.04.2015 - 19:58

EYNƏN)))

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes