Sən yıxılan ucalıqlar qalacaq....
40, Baku, Azerbaidzhan




Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından,
Yıxıldın ucalığından,
başı kəsik gözəl kötük...

Gözəl kötük, sızıldama, göynəmə,
nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
qarı, yağışı keçər,
Qatar-qatar quşu keçər,
Daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.

Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxılan ucalığa...

Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.

Əyilim, köksünə başımı qoyum,
gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.

Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
yenə canın sağ olsun,
Bu dünyada
sən yıxılan ucalıqlar qalacaq...

43 skatījumu
 
komentāri
Julyet 13.05.2013

Ramiz Rovwen... :-(

Rainfall Rainfall 13.05.2013

Butun şerlerinin her setrine aşiq oldugum tek sevdiyim şair...

asifisrafilov 17.03.2012

BU DUNYADA YIXILMAGA NE VAR KI,
KISI KISILIKDEN DUSMESIN,ALLAH!
BEDEN SAGALACAQ,PALTAR HAYIFDI:))))
OCAQ KECIB,ISIQ SONMESIN,ALLAH!
--------------
AGACI OZUNUN "BALASI"YIXDI,
BARAMA QURDUNU "QALASI"YIXDI.
EDILEN GUNAHKI QARSIYA CIXDI,
QE'BUL ET BENDENIN TOVBESIN,ALLAH!
------------
-----------
ASIF

Rainfall Rainfall 17.03.2012

cox gozeldi..cox sag ol :-)

ELDARADOO 17.03.2012

*THUMBS UP*

Rainfall Rainfall 17.03.2012

cox sag ol . Bu weri oxuyanda ele pis oluramki...

Zalımlar keçmədi qocalığından,
Yıxıldın ucalığından,
başı kəsik gözəl kötük... :-(

Emin 17.03.2012

*THUMBS UP* *THUMBS UP*
Gözəl kötük, sızıldama, göynəmə,
nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
sən yıxılan ucalıqlar qalacaq.

Dünyanın küləyi keçər,
qarı, yağışı keçər,
Qatar-qatar quşu keçər,
Daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.

Rainfall Rainfall 17.03.2012

:-) cox sagol ay Emin *KISSING*

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes