Bilmirəm, hayandan tapdı ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim,-
İlahi, al məni bunun əlindən!
İlahi, kaş məni bu yer üzündə
Bir özgə adama tuş eyləyəydin,
Lap məni adam yox, quş eyləyəydin,
Lap belə bir qara daş eyləyəydin,
Meni bu adama sən necə qıydın,-
İlahi, al məni bunun əlindən!
Al məni, ver məni, özgələrə ver,
Sınıq aynalara, gözgülərə ver,
Bölünüm, yüz tikə, min tikə olum
Bu adam üzümə baxa bilməsin.
Məni aynaların qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin.
Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özömdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum.
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıalarımı
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,-
İlahi, al məni bunun əlindən!...
*YAHOO* *YAHOO* sevindim gedek deyek gulek eyy tema tap gorek)))
men hecvaxt ureyden gulmemiwem :-) hecvaxt xowbext olmamiwam . InwaLLAH bundan sonra herwey ureyimce olar
superdi dost ! Ellerin agramasin ozun yazdiqindi yoxsa... ??
cox sag ol dosi
Ramiz Rovwen..en sevdiyim wair
Qəəəşşşəəəəngggg!!!
cox sagol eziz dost...
sen elini uzat guc vermeye men haziramm
elimi uzatdim cici
ele durmaa
elini maa gorummmmm tez ozdee gedirik))
gucum yoxdu...
bu ne mimika yaa))
ireli getdik)
*SORRY*
qəşəng :-P
dattı :D
:-(
*THUMBS UP* *THUMBS UP* *HEART* eladi Dosi Ellerine sagliq))
cox sag ol :-(