Sıxır məni sıxıntılar,
İllərdən yığılıb qalan
Kədər yüklü yığıntılar....
İstirahət günlərindən sonra gələn
İş qayğısı,
Məni başa düşməyənlər çevrəsində
Başa düşən bir nəfərin
Yaxınımda olmaması....
Dəli külək qardaşımın gətirdiyi,
Qara bənzər yağıntılar,
Sıxır məni sıxıntılar....
Saf məhəbbət hissləriylə
Dolu günlərin həsrəti,
Ehtiraslı sevgilərin sonuna olan
Nifrətim....
Qızıl yüklü eşşəklərin
Bu nüfuzu, bu qüdrəti,
Batıb gedən tapıntılar,
Sıxır məni sıxıntılar....
Qəfəsdəki quşlarımın çırpıntısı,
Yerlərinin dar olduğunu göstərən,
Şeytanların üzündəki üzlükləri,
Bir vəfasız yar olduğunu göstərən,
Göydən yerə baxanda da,
Ədalətsiz ziddiyyətin var olduğunu göstərən
Girintilər, çıxıntılar,
Sıxır məni sıxıntılar....
Ulduzu bir nöqtə boyda görən
Gözün acizliyi,
Əyrilərə həsəd ilə baxan,
Düzün acizliyi,
Aşiqin əlçatmaz yara baxan
Həzin acizliyi,
Ürəyimdə hələ neçə şeirlərə
Mövzu verən sıxıntı var....
Sıxır məni sıxıntılar....
blogu yazanda insanlari nezerde tutmuwam,yadimdan cixib heyvanlari nezerde tutmamiwam,hansisa heyvan inciyib eleyhine ses verib )))
men facede cox olurdum burda bir az cetinlik cekirem :'(
:-@ men burda tezeyem hec ne bawa duwmedim nece mektub yazmaq olar?
Salam. Poctaniz yoxdu? ))))
oooo cox duwundurdu meni cooox... bu sozlerle qarwimdaki insanin omrunu oxumaq olar... tewekkur edirem... eladi
Cox sag ol..hessas qelbli insan... :-[
*ANGEL* *ROSE* *THUMBS UP* *BEACH*
cox sagol eziz dostum :)
Sixir meni sixintilar,
Eriyirem icin icin.
"Ozum cixmaq istemirem",
Girovuyam bu verdisin
*SORRY* cox sag ol dostum, gozel elave idi...
maraqlıdı
:-)
Qızıl yüklü eşşəklərin
Bu nüfuzu, bu qüdrəti,
Batıb gedən tapıntılar,
Sıxır məni sıxıntıar...
men bilirem(((
tewekkurler
*SORRY* cox sag ol
Sıxır məni sıxıntıar,
Illərdən yığılıb qalan
Kədər yüklü yığıntılar;
Istirahət günlərindən sonra gələn
Iş qayğısı,
Məni başa düşməyənlər çevrəsində
Başa düşən bir nəfərin
Yaxınımda olmaması,
supperdi canim...
cox sag ol...