İSTİ YAĞIŞLAR YAĞIR....
40, Baku, Azerbaidzhan





Əllərini yelləyib,
"Əlvida" deyib getdin,
İndi yorğun gözlərin
Niyə yollara baxır?
Hönkürüb ağlamağı
Göylərə sən öyrətdin,
-Görürsənmi, hələdə
İsti yağışlar yağır.

Dərmədiyin çiçəklər
Gözlərindən şeh aldı,
Lalələnmiş yamacdan
Sözlü bulaqlar axır.
O mavi səmamızdan
Sənə bir bulud qaldı,
-O buluddan hələdə
İsti yağışlar yağır.

Göylər susub... boşalma
Sən göylərin yerinə,
Kədərli gözlərində
Hələdə şimşək çaxır.
Solğun gül qönçəsitək
Açılmış əllərinə
Görürsənmi, hələdə
İsti yağışlar yağır.

Yenə payız saralır,
Sən niyə kövrəlirsən?
Gündə bir "Vağzalı"yla
Hər bəxtə bir gün doğur.
Xeyir-dua verirsən,
Yalandan da gülürsən,
Bəs niyə gözlərindən
İsti yağışlar yağır?..

Külək əsir, budaqlar
Əriyir yarpaq-yarpaq,
Dağlara duman çökür,
Sürünür ağır-ağır.
Nə bu göylər toxtayır,
Nə doyur qara torpaq;
Görürsənmi, hələdə isti yağışlar yağır.

Yarpaqlar sarı yaylıq,
Ağlama, sil gözünü,
Uçurdun səadəti,
Boylanma fağır-fağır.
İndi nəmli balışa
Söykəyibsən üzünü,
-Görürsənmi, hələdə
İsti yağışlar yağır...

142 skatījumu
 
komentāri
newyork 29.10.2012

rain yagmurları *ANGEL* *ROSE* :D :D *BEACH* *JOKINGLY*

Rainfall Rainfall 29.10.2012

:)

YAGMUR-DAMLASI 14.10.2012

BEH BEH BEH

Rainfall Rainfall 14.10.2012

cann))

Ciciqiz-N1 24.03.2012

*THUMBS UP* *THUMBS UP*

Rainfall Rainfall 24.03.2012

sag ol Cici :-)

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes