Bərk-bərk tut əllərimdən....Qorxuram....
40, Baku, Azerbaidzhan






Getmə məndən uzağa,

Gözlərimdən qırağa.

Çünki səni, mən səni

İtirməkdən qorxuram....

Əcəlimdən qorxmuram,

Mən zülümdən qorxmuram,

Mən ölümdən qorxmuram,

Həsrətindən qorxuram....

Qorxuram ki ayırarlar

Səni məndən, məni səndən.

Bir birindən qopararlar

Səni məndən, məni səndən

Götürərlər, apararlar

Səni məndən, məni səndən....

Eşidərlər, bilərlər,

Aramıza girərlər,

Adını mən dilimə

Gətirməkdən qorxuram....

Sən gülürsən gülürəm

Göz yaşımı silirəm,

Sonu yoxdur bilirəm,

Həsrətindən qorxuram....

Ayıranlar yanacaqlar,

Səni məndən, məni səndən,

Görəndə odlanacaqlar,

Səni mənlə, məni sənlə.

Həmişə qısqanacaqlar,

Səni məndən, məni səndən....

Bərk-bərk tut əllərimdən....Qorxuram....Bir də əlimin əlinə dəyməyəcəyindən qorxuram....Hər dəfə sən dönüb getdikdən sonra bir də geri dönməyəcəyindən qorxuram....Hər dəfə gözümü yumub açandan sonra bir də səni görməyəcəyimdən orxuram.... Bərk-bərk tut əllərimdən....Qorxuram....Qorxuram....

44 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes