Səndən sonra heç kəsi sevmədim sənin qədər….
40, Baku, Azerbaidzhan







Özünlə aparmısan günlərimin rəngini,

Kədər mənə bənzəyir, qəm kövrəlib sən kimi.

Indi başa düşmüşəm sənsiz hər şeyim hədər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər….


Sevgi dolu baxışlar şəklindən baxır mənə,

Dönəcəksən bilirəm, sən əvvəl – axır mənə.

Mən elə bilirdim ki, hər şey soyuyub gedər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər….


Içimdə tufan kimi çağlayır xatirələr,

Göz yaşlarım qurumur, ağlayır xatirələr.

Mən kədərdən doymuşam, məndən doymayır kədər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər….


O qədər yaxın ikən, bu qədər uzaq olduq,

Yorulduq bu sevgidən, biz yarı yolda qaldıq,

Mən əzablar içində, sən özün məndən betər,

Səndən sonra heç kəsi sevmədim sənin qədər….

264 skatījumu
 
komentāri
newyork 29.10.2012

Sevgi dolu baxışlar şəklindən baxır mənə,
Dönəcəksən bilirəm, sən əvvəl – axır mənə.
Mən elə bilirdim ki, hər şey soyuyub gedər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər :-) *YES* *THUMBS UP*

Rainfall Rainfall 29.10.2012

*GIVE_HEART*

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes