Mən Səninçün darıxmışam...
36, Zangilan, Azerbaidzhan


Dodağından qopan şirin kəlmələrdən gizli dastan yaratmışam...
Könlüm hüzün ocağıdır bu gün mənim..
Bir dünyanın sakiniyik, sən mənsiz,mənsə kimsəsiz...
Xəyallarda çığırmışıq, acılardasa susmuşuq...
Ver əlini... Xilasım ol..
Sənsizlikdən yerlə-yeksan olmuşam...
Ey insafsız...
Mən səninçün darıxmışam...


Ya sonsuza qədər unut, ya məndə qal kəsək kinin nəfəsini...
Bu ayrılıq bir cəzadır, mən onsuz da alışmışam...
Sök at qürür çəpərini, mən zəifəm, sən güclü ol...
Güclü ol ki, heç olmasa sən bu eşqi qazanasan...
Çarəsizəm...
Dirənməkdən yorulmuşam...
Ey insafsız...
Mən səninçün darıxmışam...


Evdə ana qayğısına tuş gələrək qəlbdə təlaş yaratmışam...
Sual dolu baxışların hədəfindən yayınmağa çalışmışam...
"Bəlkə nəsə...?" sualına sərt şəkildə"yox" demişəm...
Qışqırmışam... Sonra isə hönkür-hönkür ağlamışam..
Nə bilsinlər...
Mən səninçün darıxmışam...

132 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes