“Sən mənimsən” deyil də,
“Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını
hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...
“Sənin üçün
hər çətinliklərlə savaşaram”
deyil də, “Səndən gələn heç bir şey
çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...
“Sən olmadan yaşaya bilmərəm” deyil də, “Sənsizlik
deyə bir şey yox, sən var olmasan da mənimləsən”
desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...
“Sən mənim yuxumsan” deyil də, “Gerçəkləşən
röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi
səndə...
Söyləmədin ki...
“Sən mənim ruh ekizimsən” deyil də, “Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...
“Səni sevirəm” deyil də, “Səni həmişə sevəcəyəm”
desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...
“Sənsiz çox darıxıram” deyil də, “Sənsiz
darıxmaq belə gözəldir” desəydin,
ayrı da olsaq, inanardım məni ürəyində hər dəm
yaşatdığına...
Söyləmədin ki...
“Sən mənim üçün
çox dəyərlisən” deyil də, “Dəyərli olan hər şey
səndə gizlidir” desəydin,
özümü
indi belə ucuz hiss etməzdim...
Söyləmədin ki...
“Bir gün bitəcək” deməsəydin də, “Əslində səni
heç sevməmişəm!”
desəydin,
Ən azı dəliqanlı birini yaşadardım ürəyimdə...
Amma etmədin ki...

ALLAH seni sevdiyine qovuwdursun>bu weh
bu da>+5
cox sag ol senide :-)
hamisi oxuyur hec sesde vermir yazmirda *IN LOVE*