15.05.2016
Asan deyil
37, Baku, Azerbaidzhan

Asan deyil ele yaşarkən ölmək
Sonsuz sevgini nifrətə çevirmək
Ürəyim yanar ama səbr edirəm mən
Hər gün unutmağa söz verirəm mən
Asan deyil o rəsmlərə baxmaq
Unudulmaz xatirələri unutmaq
Ağladı ürək hisslərim şahid
Mən deyildim axı bu dərdə layiq
Asan deyil get xoşbəxt ol demək
Göz görər ama görməməzlik etmək
Bacarmıram bacarmıram asan deyil
Hər şey bildiyin kimi sadə deyil
Asan deyil gecələri rahat yatmaq
Hər sabahı yoxluğunla oyanmaq
Durub dayanıb uşaq kimi ağlamaq
Rəsmlərinə yad biri kimi baxmaq
Asan deyil hər şeyi silib unutmaq
Uzaqlaşmaq istəyibdə qayıtmaq
Unutmaq üçün başqasını sevmək
Yaraşmaz bizə yoxdu xəyanət
Asan deyil yaralarmı bağlamaq
Siqarəti dərdlərimə çarə sanmaq
Sakitləşmək üçün çəkirəm yenə
Mənası yoxdur çəkirəm bilə bilə
Asan deyil sevə sevə dostum demək
Hər görəndə dost gözündə görmək
Utamadan dost qalaq deyir mənə
Axı mən necə dost bilim onu özümə
Sübut etdim sənə sevgimi hər cür
Sən isə heç nə səndəki o qürur
Aldı canımı məhv etdi həyatımı
Ağladım hər gecə itirdim ağlımı
Asan deyil həvəssizəm neyləyim
Hər şeyi qoyub geridə necə tərk edim
Hər gün kədər hər gün qəhər
Əsəb boğur beyin yorur yetər
Asan deyil səni yox kimi saymaq
Bu ürək sevdisə demək unutmaz
Soruşsalar bəs sevdiyin hardadır
DEYƏRƏM MƏN SEVDİM O BACARMADI .....


SEVİB SEVİLMƏYƏNLƏRƏ İTHAF OLUNUR ....



46 skatījumu
 
komentāri
Lady 16.05.2016

Ehh *SORRY*

Emin Emin 21.05.2016

*SCRATCH*

unutmeni 16.05.2016

*THUMBS UP* :-(

Cəsur 17.05.2016

Xowuma geldi.. Senin ureyin doluymuwki Brat)

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes