Sən unut demişdin
37, Baku, Azerbaidzhan

Çıxıb gileyinin dumanlığından,
Bir dərə sükutlu marağa döndüm.
Mənə eylədiyin yamanlığınla
Keçmişin yaxşıdır, yoxsa ki, indin?

Sevgi zirvələşib əlşatmaz oldu
Getdi uzaqlarda isitdi bizi.
Bəlkə soyuyubdur gəncliyin odu.
Gəl günəşə tutaq ürəyimizi

İndi ürəyimiz quruca yurddu
Sən unut demişdin,mən də unutdum...
Yaşatdıq ömürdə neçə sualı
Dostların "niyə"si cavabsız qaldı.
Cəsarət istədim içə sualı
O nə məndə oldu, nə səndə oldu...

Bir axşam əllərin göyərçin kimi
Çırpınıb qəfildən çıxdı əlimdən.
Çəmənlər izinin göyərtisimi?
Çiçəklər arxanca baxdı əlimdən.

Bahara bu şaxta haradan düşdü?
Çəmənlər saraldı,güllər büzüşdü.
Atıldı dilimdən "qayıt" nidası.
Sən onda küləklər aparan qayıq
Mənsə tənha qalan həsrət adası.
Uzaqda deyildin, yolun bir addım,
Vüqarım qoymadı bir addım atım.
Sən elə bilirsən qurtardı hər şey?!
Sən unut demişdin, Mən də unutdum?!

85 skatījumu
 
komentāri
Boss 26.09.2012

Ala ne daniirsan burda 1 efi ilan var odaki lyalya )))))
Men ona seir yazsam ozum asib eleyer lazum dehgul mene))

Emin Emin 29.09.2012

neycunn qoy ureyii acilsin daaa yaxsi deyil qiz uzax diyardadi qeribsiyir:))

SeNaToR 24.09.2012

unutdun?))

Emin Emin 25.09.2012

unutmaq asan olsa coxdann ...:))

Boss 25.09.2012

Efi ilan her yerde olmalidida lyalya))
Qeseydi qaqulik)

Emin Emin 25.09.2012

ade menem efi ilann?sen demedin ki seri yaz gonder ona men utanam:))

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes